Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

“Üzünü açdılar gördüm ki, gülümsəyir onu öpdüm, üzü buz kimiydi…”-Şəhid zabitimizin anası…

By Vüsal Rafiqoğlu
06.02.2021 3 Min Read

Vətən müharibəmizin şəhid qəhrəmanlarından biri də Baş-leytenant Musa Əlifağa oğlu Əsgərovdur. Şəhid zabitimizin ailəsi ilə görüşmək üçün yaşadıqları Cəlilabad rayon Sabirabad kəndində yollandıq.

Beləliklə, ARANTV.AZ moderator.az-a istinadən həmin yazını təqdim edir.

Bizi şəhidimizin qardaşı Sadiq və anası Sevda xanım qarşıladı. Elə söhbətimizə şəhidimizin qardaşı Sadiqlə başladıq. Sadiq ailədə iki qardaş olduqlarını deyir:

“Musa məndən yaşca kiçikdi, biz iki qardaşıq. Musa 8-ci sinifi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil oldu. Oranı bitirdikdən sonra isə Heydər Əliyeva adına Ali Hərbi Məktəbə qəbul olundu. Ali təhsilini başa vurduqdan sonra Qazax rayonunda xidmətə başladı. Bir il işləyəndən sonra Xüsusi Təyinatlıların kursuna yazıldı. Kursu başa vurduqdan sonra işinə davam etdi. Artıq iki il idi ki, işləyirdi”.

“Oktyabrın 2-də bizə Musanın şəhid xəbərini verdilər…”

“Vətən müharibəsi başlayanda Musagil 27 sentyabrda Murovdağ, Daşkəsən və Füzuli istiqamətində əməliyyatlara başlayıblar. Elə sentyabrın 28-də də 14 nəfər döyüşçü yoldaşı ilə birlikdə şəhid olub. Oktyabrın 2-də bizə Musanın şəhid xəbərini verdilər. Oktyabrın 3-də isə onu kəndimizdə böyük izdihamla dəfn etdik. Musa uşaqlıqdan ibadətlə məşğul olurdu. Hətta məscidimizin sınan möhürlərini evə gətirib düzəldib təzədən məscidə verirdi”.

Söhbətimizə şəhidimizin anası Sevda xanım qoşulur və özünün və uşaqlarının ağrılı həyat hekayəsini nəql edir:

“Mən Musanın atasından ayrılıb ata evimə qayıdanda o, ana bətnində idi. Elə Musanın hərbçi olmaqda məqsədi həm vətəninə xidmət etmək, həm də mənə köməklik etmək idi. Deyirdi ki, “ana, səni Bakıda öz yanımda saxlayacam”. O, döyüşə gedəndə dedim ki, Musa, sağ-salamat gələcəksən, ürəyim ana ürəyidir. Hərbçi olmaq onun sənəti idi. Dedim ki, sən hələ baba kimi qocalacaqsan, Bakıda həyətində ağac əkəcəm. Elə ancaq onu deyirdi ki, “ana, özündən muğayat ol”. Şəhid olanda bircə onu soruşdum ki, deyin görüm oğlumu nəylə vurublar, çünki o, gülləylə ölən oğul deyildi. Döyüşlərdə iki dəfə yaralansa da, döyüşə davam edib və sonda da şəhid olub”.

“Dedim ki, oğlum, biz kasıbıq, mən səni hansı imkanla oxudacam?”

“Bizi atam saxladı. Musa dərslərini çox yaxşı oxuyurdu, mən də fəhləçilik edib uşqlarımı böyüdürdüm. Bir dəfə işdən gələndə Musa dedi ki, “ana, mən də məşğələyə getmək istəyirəm”. Dedim ki, oğlum, biz kasıbıq, mən səni hansı imkanla oxudacam? Dedi ki, “ana, hərbçi olacam, orda təhsil alanda da dövlətimiz bütün xərcləri ödəyəcək. Gedib oxuyacam səni də yaxşı saxlayacam”. Dedim ki, oğlum, o məktəb çətindi, orda dözə bilməzsən. Dedi ki, “ana, oxuyacam və sən mənim kim olduğumu görəcəksən”. Qonşudakı Sakit adlı oğlan ona deyib ki, sən oxuyub hərbçi olsan, əllərimi kəsərəm. Daha sonra Musa məktəbdə oxuyanda dedi ki, “ana, görəsən Sakit əllərini kəsəcək?” Hətta Sakitin toyunda oynayıb, pul da səpdi. Dedi ki, “o, bilsin ki, belə oğullar var, nə olsun ki, bizim atamız yoxdur”.

“Mən onları çox əzab əziyyətlə böyütmüşəm…”

“Kursant olanda yanına gedəndə deyirdi ki, “ana, bu məktəbi oxuyacam və özün də görəcəksən nə olacam”. İndi yadıma düşəndə çox kövrəlirəm. Xüsusi Təyinatlıların kursuna gedəndə də dedi ki, “ana, bu işi mənim öhdəmə burax, peşman olmazsan. Mən onları çox əzab əziyyətlə böyütmüşəm. Təsəvvür edin ki, sahədə işləyəndə görürdüm ki, iş sahibi bizə çay içməyə konfet verir, onu corabıma qoyub uşaqlarım üçün gətirirdim. Mən iki övladımı bu cür əzab-əziyyətlə boya-başa çatdırmışam”.

“Ona görə Musa evə gələndə geyinib-keçinirdik…”

“O, hərbidə işləyəndən sonra qardaşının toyuna köməklik etdi, mal-heyvan alıb verdi ki, təsərrüfatla məşğul olsun. Mən xəstəyəm, nə qədər müalicə etdirdi. Mənə pul göndərib deyirdi ki, “ana, pul göndərirəm, gedib saçına rəng qoyarsan”. O, məni həmişə gözəl görmək istəyirdi. Ona görə Musa evə gələndə geyinib-keçinirdik”.

“Nəvəmin adını Musa qoyduq…”

“Ondan sonra qardaşının ikinci oğlan övladı dünyaya gəldi və adını da Musa qoyduq. Allah mənə ömür versə, istəyərəm ki, nəvəm Musa da əmisi kimi hərbçi olsun. Oğlumun şəhid olmasına görə peşman deyiləm, onun alın yazısı beləymiş. Musa çox ürəyiaçıq uşaq idi, o qədər adamlara köməklik edirdi ki, heç çoxundan xəbərimiz olmurdu. Kəndə gələndə həyətdə nə iş olsa, qolunu çırmayıb işləyirdi”.

“Musa döyüşdə olanda yuxuma girdi və gördüm ki, batinkası qanın içindədi…”

“Hiss edirdim ki, övladlarım atalarında utanırdılar. Deyirdim ki, sizin burda günahınız yoxdur axı, ana qurban. Allahın məqamı yanında şəhidlərimizin yeri böyükdür. Mənə əziyyət də olsa, Musanın əzabını çəkirəm, amma onun hərbçi olmağından heç vaxt peşman olmamışam. Musa döyüşdə olanda yuxuma girdi və gördüm ki, batinkası qanın içindədi, dumanda əl edirdi. Nə yata, nə də nəfəs ala bilirdim. Döyüşə gedən gecəsi mənə dedi ki, “ana, məndən zəng gəlməsə, narahat olma”. Bu ev-eşiyi atam bizə tikib və elə Musanı da o, saxlayıb. Musanın yeddi mərasimindən sonra atamın da ürəyi partladı.

Musanın tabutunu gətirəndə dedim ki, heç nə etməyəcəm, sadəcə üzünü açın görüm. Üzünü açdılar gördüm ki, gülümsəyir. Onu öpüb sonra ayrıldım, üzü buz kimi idi. Dəfn mərasiminə atası da, qohum-əqrabaları da gəldi. Mən heç kimə heç nə demədim”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Daxili İşlər Nazirliyi işçi axtarır

Next

Çində “Sinovac” vaksininin kütləvi tətbiqinə icazə verildi

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv