Əsas səhifə 

“İlham Əliyev bütün azərbaycanlıların Prezidentidir”

ARANTV.AZ xəbər veürir ki, “İlham Əliyev bütün azərbaycanlıların Prezidentidir”. “Moskva-Bakı” portalında dərc olunan “İlham Əliyev qloballaşmaqda olan dünyanın müasir liderinin etalonudur” sərlövhəli məqalədə bu fikir əksini tapıb. Birləşmiş Ərəb Əmirliklərinin mətbuatı da Prezident İlham Əliyevin uğurlu siyasətindən yazıb.

“Qloballaşmaqda olan dünyanın müasir liderinin etalonu” – məşhur yazıçı Çingiz Aytmatov “Moskva-Bakı” portalında dərc olunan məqaləsində Azərbaycan Prezidenti İlham Əliyevi bu cür səciyyələndirib. Bildirir ki, yüksək peşəkarlıq. Diplomatik duyum. Müasir liderin yüksək keyfiyyətləri. Məhz bu cəhətlər İlham Əliyevin siyasi karyerasında fərqləndirici və cəlbedici xüsusiyyətlərdir. O, prezidentliyinin lap əvvəlindən başlayaraq neft amilindən xalqın və müstəqil Azərbaycanın mənafeyi naminə istifadə edir. Azərbaycan cəmiyyətini uzun illərdir narahat edən Dağlıq Qarabağ münaqişəsinin həlli də daim İlham Əliyevin diqqət mərkəzindədir. O, dəfələrlə bəyan edib ki, Azərbaycan Qarabağsız ola bilməz. Bu münaqişənin yalnız ölkənin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında nizamlanması dövlət başçısının birmənalı mövqeyidir. İlham Əliyev bütün məsələlərdə novatorluq və islahatçı yanaşmalar tətbiq edir. O, dünyada baş verən proseslər və dəyişikliklərin məntiqinə əsaslanaraq Azərbaycanın fasiləsiz inkişafını sürətləndirən mühüm addımlar atır. İlham Əliyev uğurlu və bənzərsiz şəxsiyyətdir. O, zəngin insani dəyərləri, kübar maneraları, rasional təfəkkür tərzini, sarsılmaz vətənpərvərlik, praqmatizm və milli mentalitet kimi keyfiyyətləri özündə cəmləşdirməklə Azərbaycanın ictimai həyatına və siyasətinə yeni nəfəs, müasirlik və intellektuallıq gətirir. İlham Əliyev bütün azərbaycanlıların Prezidentidir. O, öz xalqının oğludur və eyni zamanda, beynəlmiləlçi, ümumbəşəri mənəvi dəyərlərin tərəfdarıdır. O, milli ənənələrin və dini təsisatların, konfessiyalar arasında qarşılıqlı tolerant münasibətlərin, multikulturalizmin tərəfindədir. Bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Azərbaycan kimi güclü dövlətin mövcud olmasından qürur duyur, öz Prezidenti İlham Əliyevin dəstəyini hiss edir.

Birləşmiş Ərəb Əmirliklərinin mətbuatı da Prezident İlham Əliyevin uğurlu siyasətindən yazıb. Ərəbdilli “samanews” və “kolalarab” xəbər agentliklərində, “eremnews” internet portalında, həmçinin ingilis, çin və rus dillərində nəşr olunan “Avia Most” qəzetində “İlham Əliyev: Müsəlman dünyasının birliyə və həmrəyliyə ehtiyacı var” sərlövhəli məqalə dərc edilib. Yazıda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində əhəmiyyətli addımların atıldığı bildirilir. O da diqqətə çatdırılır ki, Azərbaycan müxtəlif sivilizasiyalar və mədəniyyətlərin qovşağında yerləşən nadir dövlətdir. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə İslam dəyərlərinin inkişafı istiqamətində böyük işlər görülüb, yeni məscid və məbədlər tikilib. Müsəlman dünyasının üzləşdiyi problemlərin gündəmə gətirilməsi, həlli istiqamətində Azərbaycan səylərini əsirgəməyib. Yazıda Prezident İlham Əliyevə istinadən bildirilir ki, bu gün müsəlman dünyasının daha çox birliyə və həmrəyliyə ehtiyacı var. Buna görə də 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması müsəlman aləminə və dünyaya xoşməramlı mesajdır. Məqalədə vurğulanır ki, Prezident İlham Əliyevin ölkədə apardığı inamlı siyasət Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanır və dəstəklənir.

 

Daha çox xəbərlər