Siyasət 

“Möhtəşəm quruculuq. Dünən, bu gün, sabah” mövzusunda konfrans keçirilib

ARANTV.AZ xəbər verir ki, son 15 ildə aparılan quruculuq işlərinin nəticəsi olaraq, Azərbaycanın siması köklü şəkildə dəyişib. Bu əhəmiyyətli dəyişikliklərin müəllifi isə Prezident İlham Əliyevdir. Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Möhtəşəm quruculuq. Dünən, bu gün, sabah” mövzusunda keçirilən konfransda bu fikirlər səsləndirilib.

Məmnunluqla demək lazımdır ki, son 15 il Azərbaycanın xüsusi qürur duyulan bir səhifəsini təşkil edir. Ötən bu müddətdə ölkənin simasını köklü dəyişən quruculuq işləri həyata keçirilib. Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov “Möhtəşəm quruculuq. Dünən, bu gün, sabah” mövzusunda keçirilən konfransda ölkəmizdə ayrı-ayrı sahələrdə görülən nəhəng işlərdən danışaraq dedi ki, Azərbaycanın inkişafı ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin uğurla həyata keçirilməsi ilə bağlıdır. Bu illər ərzində Azərbaycan bütün sahələrdə yenilənib, müasirləşib. Biz Azərbaycanın ən fərəhli dövrünü yaşayırıq, deyən baş nazirin mavini bildiridi ki, bu əhəmiyyətli dəyişikliklərin müəllifi Prezident İlham Əliyevdir. İqtisadiyyat naziri Şahin Mustafayev isə dedi ki, yüksək inkişaf tempi və möhkəm dayanıqlılıq nümayış etdirən Azərbaycanda 2004-2017-ci illərdə ÜDM real ifadədə 3,2 dəfə, dövlət büdcəsinin gəlirləri isə 13,5 dəfə artıb. Ölkənin strateji valyuta ehtiyatları 28 dəfə artaraq 45 milyard ABŞ dollarını ötüb. Regionun, eləcə də Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri vasitəsilə hazırda Xəzər dənizinin enerji resursları region ölkələrinə və Avropaya nəql edilir. Bu il rəsmi açılışı həyata keçirilmiş Cənub Qaz Dəhlizi və TANAP layihələri, eləcə də tikintisi uğurla davam edən TAP layihəsi Azərbaycanın dünyada mühüm enerji təminatçısı kimi mövqeyini daha da möhkəmləndirəcək. Azərbaycanın tranzit potensialının reallaşdırılması Prezident İlham Əliyevin iqtisadi diversifikasiya siyasətində mühüm yer tutur. Həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində son 15 ildə ölkəmizdə yaradılmış 2 milyondan çox iş yerinin 75 faizi regionların payına düşür. Dövlət başçısının tapşırığına əsasən, 2019-2023-cü illəri əhatə edən IV Dövlət Proqramının layihəsinin hazırlanması işləri yekunlaşmaq üzrədir. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard ABŞ dollarına yaxın investisiya yatırılıb ki, bunun da təxminən yarısı xarici sərmayələrdir. Nazir onu da diqqətə çatdırdı ki, son 15 ildə 3000-dən çox məktəb, 500-dən çox məktəbəqədər təhsil müəssisəsi və 650-yə yaxın səhiyyə müəssisəsində tikinti, əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. “Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən proqramlarda Bakının hər zaman önəmli yeri olub. Bakı xarici və yerli investorlar üçün cəlbedici şəhərə çevrilib.” Bu sözləri isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dedi. Bildirdi ki, təkcə ötən il paytaxt iqtisadiyyatına 12 milyard manata yaxın investisiya qoyulub. 2005-2017-ci illərdə bu rəqəm 110 milyard manat yaxın olub. Əgər 2005-ci ildə Bakıda 40 mehmanxana fəaliyyət göstərirdisə, bu gün onların sayı 4 dəfə artıb. Nüfuzlu reytinq agentliklərinin məlumatlarına əsasən, 5 ulduzlu mehmanxanaların sayına görə postsovet şəhərləri arasında Bakı aparıcı mövqedə yerləşir. Bakı dünyanın turzm şəhərinə çevrilib. Təkcə bu il şəhərimizi 2 milyondan çox turist ziyarət edib. 15 ildir Bakıda intensiv tikinti işləri aparılır. Son 12 ildə istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi 10 milyon kvadratmetrə yaxın olub. Bütün bu uğurların və yüksəlişin memarı isə dövlət başçısı İlham Əliyevdir. Çıxşılarda ölkəmizin bundan sonra daha böyük uğurları əldə edəcəyinə əminlik ifadə olundu.

Daha çox xəbərlər