Bərdənin təhsil işçiləri Cocuqmərcanlıda olub
Məktəblilərə bayram sovqatı paylayıblar
ARANTV.AZ xəbər verir ki, Bərdənin Təhsil işçiləri Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndində olub,məktəblilər və müəllimlərlə görüşüblər. Bərdə RTŞ-nin müdiri Rzaqulu Şərifov, TŞ-nin aparat işçiləri, bir neçə nəfər nümunəvi direktor olmaqla 15 nəfər təhsil işçisi səfərdə iştirak edib.
Cocuqmərcanlıya gələn Bərdəli təhsil işçiləri burada Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovla görüşüblər. Sonra Cəbrayıl rayonunun Cocuqmərcanlı kənd tam orta məktəbinə baş çəkiblər. Məktəblilərə bərdəli təhsil işçilərinin bayram sovqatı paylanıb. Şagirdlərin ifasında maraqlı ədəbi – bədii kompazisiya nümayiş olunub. Bundan sonra bərdəli qonaqlar Cocuqmərcanlı məscidinə və yeni açılmış “ Qayıdış” parkında olublar.
Bərdə rayon Təhsil Şöbəsinin müdir müavini Xuraman Qurbanova bildirib ki, Cocuqmərcanlıya səfər təhsil işçiləri arasında əməkdaşlıq məqsədi daşıyır.Eyni zamanda Cocuqmərcanlı məktəbinin müəllim və şagirdlərini də Bərdə məktəbləri ilə tanışlığa dəvət ediblər.
Onu da qeyd edək ki, bərdəli təhsil işçiləri ilə yanaşı “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Bərdə rayon şöbəsinin sədri Etibar xanım Hüseynovada Cocuqmərcanlılarla görüşdə iştirak edib.




