27 dekabrda gözlənilən hava şəraiti
Bakıda və Abşeron yarımadasında
ARANTV.AZ xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Dekabrın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 7-9 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət 65-75 faiz olacaq.
Azərbaycanın rayonlarında
Dekabrın 27-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-6, gündüz 8-11dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz
Dekabrın 27-28-də Abşeron yarımadasında küləkli və rütubətli hava şəraitinin üstünlüyü fonunda temperaturun bir qədər aşağı enəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əlverişsizdir.

