Cəmiyyət 

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

ARANTV.AZ xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş M.Məhərrəmovun məhkəmə aktlarından verdiyi şikayətə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Şikayətə mahiyyəti üzrə, Konstitusiya Məhkəməsi Plenumunun yanvarın 29-na təyin edilmiş iclasında baxılacaq.

Daha çox xəbərlər