Maraqlı 

Başqalarının fikrini kim daha yaxşı olxuya bilir: Kişilər yoxsa qadınlar?

Bata Universitetinin Kardiff və Londondan olan tədqiqatçıları insanların başqasının fikrini oxuması ilə bağlı tədqiqatlar aparıblar. Onlar belə nəticəyə gəliblər ki, qadınlar bu işdə kişilərdən daha üstündürlər.

Əlbəttə, sözün əsl mənasında zehinləri oxumaq mümkün deyil. Lakin burada insanların bəzi xarici təzahürlərə və şərtlərə görə qarşı tərəfin nə düşündüyünü və bu anda hansı vəziyyətdə olduğunu təsəvvür etmək qabiliyyəti nəzərdə tutulur. Bu, həmsöhbətini daha yaxşı başa düşməyə, mümkün yalanları aşkar etməyə, istehzalı tonu qiymətləndirməyə kömək edir – ümumiyyətlə, sosial əlaqələri uğurla və məhsuldar qurur.

Bu, psixologiyada mentalizasiya adlanır. Mentalizasiya hər kəsdə müxtəlif səviyyədə ola bilər. Məsələn, autizmdən əziyyət çəkən insanlar daha zəif mentalizasiyaya malik olurlar.

Düşünmə qabiliyyəti aşağı olan insanları müəyyənləşdirmək və onlara kömək etmək üçün bir yol tapmaq üçün İngiltərədən olan elm adamları qısa bir anket hazırlayıb. Təcrübədə Böyük Britaniya və ABŞ-dan olan dörd mindən çox insan iştirak edib. Nəticələr “Psychological Assessment” jurnalında dərc edilib. “Bu psixoloji prosesi başa düşmək üçün “fikirlərin oxunmasını” empatiyadan fərqləndirməyi bilmək lazımdır. Birinci həmin an insanın nə düşündüyünü təxmin etmək,ikinci isə digər insanların hansı hissləri keçirdiyini müəyyən etməkdir. Biz xüsusi olaraq, tədqiqatı başqalarının fikrinin oxunmasına həsr etdik və nəticəyə gəldik ki, qadınlar digər insanların fikrini kişilərdən daha yaxşı oxuya bilirlər”, -deyə tədqiqatın müəllifi həkim Punit Şah bildirib.

Daha çox xəbərlər