Cəmiyyət 

Nağdsız hesablaşmalarla bağlı stimullaşdırıcı vergi güzəştləri tətbiq ediləcək

ARANTV.AZ xəbər verir ki, Vergi Məcəlləsində edilən dəyişikliklərə əsasən, stimullaşdırıcı alət kimi bir sıra vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur. Güzəştlər POS-terminal vasitəsilə ödənişi qəbul edənlərə aiddir. Məqsəd həmin şəxslər üçün stimulun yaradılması, pərakəndə ticarət və ictimai iaşə sahələrində nağdsız ödəmələrin həcmini artırmaq, sahibkarları POS-terminallar tətbiq etməyə stimullaşdırmaqdır. Dəyişikliyin nəticəsi kimi pərakəndə ticarət və ictimai iaşə sahələrində POS-terminalların tətbiqinin, nəğdsiz ödəmələrin həcm və dövriyyəsinin artması gözlənilir. Bu isə büdcə daxilolmalarının artımında əksini tapacaq. Ticarət və xidmət obyektlərində yeni nəsil nəzarət-kassa aparatlarının mərhələli şəkildə tətbiqi nəzərdə tutulur.

Daha çox xəbərlər