Qobustanda yol qəzası — 2 yaralı
Qobustan rayonunda minik avtomobili yol kənarındakı maneəyə çırpılıb.
ARANTV.AZ xəbər verir ki,hadisə gecə saatlarında Qobustan rayonu ərazisində baş verib. “Mersedes” markalı minik avtomobili qəflətən idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb.
Qəza zamanı sürücü və sərnişin ağır bədən xəsarətləri alıb. Hadisə yerinə gələn Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomaşında sıxılmış vəziyyətdə qalmış sürücü və sərnişini deformasiyaya uğramış avtomaşından çıxarıblar. Yaralılar Təcili Tibbi Yardım avtonmaşını ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Ölkə.Az

