Prezident İlham Əliyev Azərbaycanda yeni təyin olunmuş səfirlərin etimadnamələrini qəbul edib – FOTO
ARANTV.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Braziliya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Montenegro Lopezin etimadnaməsini qəbul edib.
XXX
ARANTV.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyrin etimadnaməsini qəbul edib.









