Hadisə 

Gəncədə avtomobil sexində bədbəxt hadisə

Gəncədə avtomobil sexində maşının yanacaq çəni partlayıb.

ARANTV.AZ xəbər verir ki, hadisə şəhər ərazsindəki avtomobil təmiri sexlərinin birində baş verib. Avtomobil ustası olan 46 yaşlı İsa Namazov maşının benzin çənini təmir edən zaman anidən partlayış baş verib.

İsa Namazov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Gəəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.


Ölkə.Az

Daha çox xəbərlər