COVID-19-dan ölənlərin sayı 2.5 milyonu ötdü
Dünyada COVID-19-dan ölənlərin sayı 2.5 milyonu keçib.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, bununla koronavirusdan ölənlərin sayı 2 508 925-ə çatıb.
Məlumata əsasən, virusa yoluxanların sayı 113 100 859, xəstəlikdən sağalanların sayı isə 88 722 537 nəfərdir.
Qeyd edək ki, dünyada koronavirusdan ölüm sayına görə ABŞ, Braziliya və Hindistan ilk sıralardadır.

