Dünya 

“Facebook” və “Google” xəbər paylaşımlarına görə ödəniş etməli olacaq

Avstraliyada qüvvəyə minən qanuna görə, bu ölkənin media qurumları “Facebook”da və “Google”da yayımlanan məhsullarına görə  ödəniş alacaqlar.

ARANTV.AZ  bu barədə xarici mətbuata istinadən xəbər verir.

“Google” və “Facebook” media şirkətlərinin istehsal etdikləri xəbərlərin əvəzini ödəmələrini tələb edən qanun layihəsinə qarşı çıxırdılar.  Bu səbəbdən “Facebook” ölkədəki istifadəçilərə xəbər paylaşmağı və izləməyi qadağan etmişdi.

Avstraliya qanun qəbul edərək hökumət tərəfindən təyin olunmuş vasitəçi tərəfindən bu platformaların yayımçılara ödəyəcəyi haqqı təyin edən ilk ölkə olacaq.

“Facebook” bazar ertəsi xəbər səhifələrini yenidən təşkil edəcəyini açıqlayıb.

“Facebook”un qlobal xəbər partnyorluqlarına məsul sədrinin müavini Kempbel Braun platformaların xəbər məzmununun səhifədə qalıb-qalmayacağını müəyyənləşdirmək səlahiyyətinə sahib olduqlarını, bu səbəbdən də hər hansı bir qadağa ilə qarşılaşmayacaqlarını deyib.

Yerli mediaya pul ödəməyə məcbur edən qanun layihəsinin təqdim edilməsindən sonra “Google” onun qəbul olunacağı təqdirdə Avstraliyadakı əsas axtarış serverini bağlayacağını açıqlayıb və son bir neçə həftə ərzində  Avstraliyanın bəzi media qurumları ilə müqavilə imzalayıb.

Daha çox xəbərlər