Cəmiyyət 

Fəsillərin Azərbaycana daxil olma vaxtı açıqlandı

2019-cu ildə fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb.

ARANTV.AZ-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov deyib ki, yaz fəslinin ölkəmizə qədəm qoyması martın 21-də yerli vaxtla saat 01:58-ə təsadüf edəcək və gecə ilə gündüz bərabərləşəcək.

İyunun 21-də saat 19:54-də yay, sentyabrın 23-də 11:50-də payız, dekabrın 22-də 08:19-da isə qış fəsli ölkəmizə qədəm qoyacaq.axşam.az

Daha çox xəbərlər