Hadisə 

Aeroport yolunda zəncirvari qəza — VİDEO

Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ-ın A24.az-a istinadən məlumatına görə, hadisə aeroport yolunda qeydə alınıb. Belə ki, üç minik avtomobilinin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

Hadisə nəticəsində minik avtomobillərdən birinin sürücüsü ağır xəsarət alıb.

O, hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşları tərəfindən xəstəxanaya aparılıb.

Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

 

Daha çox xəbərlər