Dünya 

Malidə qanlı hücum: 37 ölü

Malinin Mopti bölgəsində “Dozos” qruplaşmasının üzvləri Fulani qəbiləsinə hücum edib.

ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, hadisə zamanı azı 37 nəfər öldürülüb.

Hökumətdən verilən açıqlamaya görə, səhər saatlarında qəbilənin yaşadığı əraziyə motosikletlərlə gələn silahlılar ətrafa atəş açmağa başlayıb.

Hücumun səbəbləri məlum deyil. Ölənlərdən çoxunun qadın və uşaq olduğu bildirilib.

Daha çox xəbərlər