Çində koronavirusla bağlı son vəziyyət açıqlandı
Çində son sutka ərzində 10 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.
ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların sayı 89 943-ə yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 85 130 xəstə sağalıb.
Ölkədə 177 aktiv koronavirus xəstəsi var ki, onlardan da 1-nin vəziyyəti ağır qiymətləndirilir.

