Stalinə rəhbərlik etmiş azərbaycanlı, kişi qeyrətli türk qadını Qaçaq Gülsüm
O, qaçaq Süleyman kişi adı ilə at belində 200-dən çox qaçaq kişilərə kişi adıyla başçılıq edən və sonradan böyük rusiya imperiyasına rəhbərlik edən İosif Stalin o vaxt 7 ay onun dəstəsində döyüşmüş
Şəmkir türk elimizin kişi hünərli, kişi qeyrətli, damarlarında türk qanı axan, Azərbaycanlı türk qızı qaçaq Gülsüm idi.
Gülsüm 1861-ci ildə Şəmkir rayonunun Sarxan kəndində anadan olub. Gülsüm o zamankı kəndin ağsaqqallarından sayılan Əmirqulu kişinin böyük qızıydı. Əmirqulu kişinin ondan başqa 6 oğlu, 1 qızı da vardı. Ailə çox kasıb olduğu üçün Gülsüm qardaşlarıyla birgə işləməyi öz üzərinə götürür. 16 yaşlı qızı qardaşları işləməyə qoymasalar da, o, ailəsinə dəstək olmaq üçün çalışmağa üstünlük verirdi. Gənc qızın həyatı belə davam edəcəkdi. Lakin Gülsümün həyatını dəyişən o ağrılı, 20 ildən çox həyatını bir gündə dəyişən o gün olmasaydı.
O gün necə baş verdi; ailələri imkansızlıqdan iki ildən çox vergi vermədiklərinə görə pristavın və kəndxudanın onların evinə gələrək Gülsümün ğözü önündə ailəsinin və kənd camaatının qarşısında atasını təhqir etməsi bir yana, qaynar samovarı Əmirqulu kişinin kürəyinə sarıyıb yeridirlərmiş ki, digər yerli kənd camaatı da baxıb qorxsunlar.
Belə işgəncə, zülm etmələrinə dözə bilməyən Gülsüm evin içində pəncərədən güllə ilə pristavı vurur. Həmçinin bunu görüb qaçmaq istəyən kəndxudanı da güllələyir. Hər ikisi ölür. Elə həmin gün bu hadisə Gülsümün həyatını dəyişir. Səhəri gün hökumət adamları kəndi mühasirəyə alıb qatili tələb edirlər, qardaşlarının qabağa düşüb asılmasına razı olmayan Gülsüm onlardan birinin paltarını geyinib evdən qaçır və meşədə gizlənir. Xəbər göndərir ki, pristiav və kəndxudanı o vurub, heç kimdə günah axtarmasınlar.
Beləliklə Gülsümün qacaqlıq həyatı başlayır.
O, kişi geyimində 20 ildən çox Qaçaq Süleyman kişi adı ilə (o uzun illər ərzində qadın olduğnu heç kim bilmiyib) işğalçılara, məmurlara, çar məmurlarına, pristavlara, və onların əlaltıları olan bəylərə, xanlara, ağalara qarşı deyil həm də əhalini çapıb talayan harınlaşmış erməni daşnaklarına və yerli azğın qaçaqlara, quldurlara qarşı amansız mübarizə aparmışdır.
Bir rus komandiri Süleymanın (Qaçaq Gülsümün) bütün etdiklərinin bağışlanacağını, çar ordeni ilə təltif ediləcəyini təklif etdikdə Qaçaq Gülsüm ona belə cavab vermişdi: “Mənə rus çarının heç bir ordeni, və təklifi lazım deyil, mən onu padşahım kimi qəbul etmirəm. Öz padşahım olsaydı mən elimdən, obamdan qaçaq düşməziydim” Qaçaq Gülsüm o ərazidə hüququ tapdalananların, kasıbların, məzlum qadınların tərəfində olduğuna görə, bir neçə il də İranda və Türkiyədə də yaşayamış, şərəfli ömür sürmüş və 1962 ci ildə dünyasını dəyişmiş, öz doğulduğu Şəmkir Sarxan kənd qəbirsanlıqında dəfn edilmişdir.
Biz Qaçaq Gülsümün və eyni zamanda tarixi qəhramanlarmızın həyatının öyrənilməsi, dövlətimizin və xalqımızın ləyaqətinin və azadlığının qorunması, amansız düşmənə nifrət duyğusunun aşılanması, əsrlər boyu zəbt olunmuş vətən torpaqlarının geri qaytarılması baxımından coх önəmli və həm də bir örnəkdir.
Şəmkir rayonu Koltəhnəli kənd tam orta məktəbin müəllimi
Vəliyeva Maral