Zərurət olan küçə və prospektlərdə ictimai nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları yaradılacaq
ARANTV.AZ xəbər verir ki, ölkədə böyük şəhərlərin zərurət olan küçə və prospektlərində ictimai nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları yaradılacaq. Bu barədə dövlət başçısının 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda bildirilir. Qeyd olunur ki, Bakı şəhərində və Bakıətrafı şəhər, qəsəbə və kəndlərdə ekspress avtobus xətləri artırılacaq. Avtobus dayanacaq məntəqələri ümumi nəqliyyat axınına maneə törətməməsi və sərnişin axınına uyğun olması şərtilə yerləşdiriləcək. Avtobus marşrutları, xüsusən də iri şəhərlərdə müntəzəm şəhərdaxili marşrutlar sərnişin axınına və yol infrastrukturuna uyğun optimallaşdırılacaq.

