Tovuzda dəhşətli qəza – FHN əməkdaşları göndərildi
Fövqəladə Hallar Nazirliyinin Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Tovuz rayonunda “Mercedes” və “Toyota” markalı iki minik avtomobili toqquşub.
ARANTV.AZ xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan “Toyota” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.Publika.az

