Dünya 

Bu şəxslər mayda vaksin pasportları alacaqlar

Koronavirusa qarşı peyvəndlənmiş Avropa İttifaqı (Aİ) sakinləri bu ilin mayında vaksin pasportları ala bilər.

ARANTV.AZ  fins.az-a istinadən bildirir ki, bunu Çexiyanın xarici işlər naziri Tomaş Petrjiçek deyib.

O bildirib ki, Avropa Komissiyasında həmin pasportların layihəsi martın 17-dək hazır olacaq.

Vaksin pasportlarında peyvəndin müddəti, növü, eləcə koronavirus testi barədə məlumatlar yer alacaq. Sənədin məlumatları rəqəmsal formatda olacaq və smartfon kimi qurğularda saxlamaq mümkün olacaq.

Daha çox xəbərlər