Cəmiyyət 

İmtahanlarda nəzarətçi qismində ilk dəfə iştirak edəcək müəllimlər üçün seminar-məşğələ başlanıb

ARANTV.AZ xəbər verir ki, bu il keçiriləcək imtahanlarda nəzarətçi qismində ilk dəfə iştirak edəcək, eləcə də təcrübəsi az olan müəllimlər üçün seminar-məşğələlərə başlanılıb. Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşları tərəfindən aparılan seminarlar yanvarın 24-dək davam edəcək. Respublikanın bütün şəhər və rayonlarını əhatə edəcək da keçiriləcək seminarlarda 3 min 715 nəzarətçi-müəllimin iştirakı gözlənilir. Ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modelinə uyğun olaraq cavab vərəqlərinin doldurulma qaydası, eləcə də xarici dil fənni üzrə dinləmə qurğusundan istifadə qaydaları nəzarətçilərin nəzərinə çatdırılır. Seminar-məşğələlərdən keçən müəllimlər sınaq imtahanlarında nəzarətçi kimi iştirak etməyə dəvət olunacaqlar. Nəzarətçi kimi özünü doğruldan müəllimlər digər imtahanlara cəlb olunacaqlar.

Daha çox xəbərlər