Təhsil 

Məktəblər bağlanacaqmı?

Təhsil naziri Emin Əmrullayev təhsilin keyfiyyətinə təsir edən amillərlə bağlı bu günlərdə keçirilən sorğunun nəticələri ilə bağlı feysbukda canlı yayım edib.

ARANTV.AZ  xəbər verir ki, nazir yoluxma sayının artması fonunda məktəblərin bağlanması barədə danışıb.

E. Əmrullayev qeyd edib ki, burada bağlanmaqdan çox distant təhsildən danışılır. “Sabah axırıncı dərs günüdür. Sonrakı 9 gün ərzində olan dinamika məktəblərin fəaliyyətini şərtləndirən amil olacaq. Başa düşürəm ki, yeni bir şey demirəm. Bu, bizdən asılı olduğu qədər həm də vətəndaşlarımızdan asılıdır”.

Daha çox xəbərlər