Cəbhədən Xəbər 

Zakir Həsənov: Ordumuzun gücü sayəsində Zəfər qazandıq

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ötən il sentyabrın 27-də erməni silahlı birləşmələrinin törətdiyi təxribatlara qarşı rəşadətli ordumuzun başladığı və 44 günlük Vətən müharibəsinə çevrilən uğurlu əks-hücum əməliyyatları zamanı əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıqlar, fədakarlıq nümunələri sayəsində 30 ilə yaxın düşmən işğalında qalan tarixi torpaqlarımız azad edildi.

ARANTV.AZ  xəbər verir ki, bu fikirlər Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbrikində deyilir.

Nazir bildirib ki, müzəffər Ali Baş Komandanın qətiyyətli mövqeyi, dəmir iradəsi və ordumuzun gücü sayəsində Zəfər qazandıq: “Bu gün xalqın, dövlətin və ordumuzun birliyi sayəsində işğaldan azad edilən tarixi torpaqlarımızda üçrəngli bayrağımız əzəmətlə, qürurla dalğalanır”.

Daha çox xəbərlər