Dünya 

Türkiyədə yenə zəlzələ oldu

Mərmərə dənizinin Türkiyəyə aid hissəsində 3,7 bal gücündə zəlzələ baş verib.

ARANTV.AZ  “qafqazinfo”ya istinadən xəbər verir ki, Türkiyənin Kandilli Seysmologiya Mərkəzi zəlzələnin yerli vaxtla saat 00:33-də qeydə alındığını, İstanbul, Balıkesir və ətraf rayonlarda hiss edildiyini açıqlayıb.

Yeraltı təkanların ocağı 11,1 km dərinlikdə yerləşib.

Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) zəlzələnin 3,3 maqnitudalı olduğunu açıqlayıb.

Daha çox xəbərlər