Azərbaycanda 21 yaşlı nişanlı qızı döyüb 3 il təcavüz etdilər – FOTO
Azərbaycanda 21 yaşlı nişanlı qızı döyüb 3 il təcavüz etdilər.
ARANTV.AZ Sonxeber.az-a istinadən verir ki, bunu Xəzər televiziyasında yayımlanan “Səni axtarıram” verlişinə müraciət edərək Günəşin anası olduğu iddia edən qadın bildirib.
O, söyləyib ki, 3 il ona təcavüz edilib: “Oğlan məni döyüb, zorla bədənimə sahib oldu. 7 aylıq hamilə olanda ana olacağımı öyrəndim. Mənə təcavüz edən şəxs Şəmkirdəndir. O, kişi bütün həyatımı məhv etdi. Təcavüzə məruz qalanda mən nişanlı idim. Hamilə olduğumu öyrənəndə evdən qaçdım. Çünki atamdan çox qorxurdum. Başıma gələnləri heç nişanlıma belə demədim. Evdən qaçıb Bakıya gəldim. Sancım tutduğuna görə məni xəstəxanaya apardlar. Günəş 13 gün yanımda qaldı. Uşağı götürüb, mənə təcavüz edənin evinə getdim. Mənə onun Rusiyaya getdiyini söylədilər. Günlərlə ac qaldım. Anam belə babamın qorxusundan mənə sahib çıxmadı. Axırda qızımı əlimdən alıb, Şəmkir rayon doğum evinin qarşısına atdılar. Sonra qızımın arxasınca getsəm də onu tapa bilmədim”.


