Hadisə 

Sumqayıtda ana və oğlu faciəvi şəkildə öldü

Sumqayıt şəhəri Corat qəsəbəsində dəm qazı iki nəfərin ölümünə səbəb olub.

ARANTV.AZ-ın məlumatına görə, hadisə dünən axşam saatlarında baş verib.

Məlumata görə, ölən şəxslər bir ailənin iki üzvü- 1997-ci il təvəllüdlü Allahverdiyeva Gülan Rövşən qızı və övladı 2014-cü il təvəllüdlü Allahverdiyev Rəşad Bayramqulu oğludur.

İlkin ehtimallara görə onlar evdə yatdıqları yerdə dəm qazından boğularaq ölüblər.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.oxu.az

Daha çox xəbərlər