Sosial 

Bakıda daha bir məktəb koronavirusa görə bağlandı

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən orta məktəb koronavirus səbəbindən bağlanıb.

ARANTV.AZ baku.ws-ə istinadən bildirir ki, R.Pirnəzərov adına 299 saylı məktəb liseyi bu gündən distant təhsilə keçir.

Bakı Şəhər Təhsil İdarəsindən R.Pirnəzərov 299 məktəb lisey-ə fakt təsdiqlənib.

Bildirilib ki, məktəb 14 günlük distant təhsilə keçib.

Daha çox xəbərlər