Gündəm 

Azərbaycan fındıq ixracını azaldıb

Azərbaycan 2021-ci ilin əvvəlindən 3 min tondan çox fındıq ixrac edib, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz azdır.

ARANTV.AZ  bildirir ki, bunu Trend-ə Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov deyib.

Onun sözlərinə görə, ilin əvvəlindən fındıq ixracından gəlir 20 milyon manatı ötüb:

“”2020-ci ilin birinci yarısında Azərbaycan daha çox Rusiya bazarına fındıq ixrac etmişdi. İlin sonunda İtaliyaya ixrac kəskin artıb. 2021-ci ildə biz Misir və Pakistana ixraca başlamağı və İtaliyaya ixracı artırmağı planlaşdırırıq”.

O əlavə edib ki, hazırda fındığın bir tonunun qiyməti 11-12 min dollara bərabərdir.

Daha çox xəbərlər