Siyasət 

Hayların yalançı «erməni mifi»nin yeni saxtakarlığı

«Human Rights Watch» və «BBC News»un erməni təfəkkürlü «kəşfləri»

Erməni məkrinin yeni düzməcəsi olan «Cəbrayıldakı erməni kilsə»nin yoxa çıxması ilə bağlı hayların harayına hay verənlərə, erməni mifinə inananlara XX əsrin tanınmış rus filosofu, fundamental fəlsəfi əsərlərin müəllifi Aleksey Losevin bu sözlərini xatırladaq: «Mif büsbütün uydurmadır, mif uşaq fantaziyasıdır, o, real deyil, lakin subyektivdir, fəlsəfi cəhətdən cılızdır və ya əksinə, sitayiş predmetidir…»

Mifik təfəkkür sahibləri, xarabalıq aşiqləri, bayquş xislətli ermənilərin ayaqları dəydiyi ərazilər anidən qriqoryanlaşır. Həmin yerdə hayların bu torpaqda ta qədimdən yaşadıqlarını «təsdiqləyən» daş kitabələr belə tapılsa təəccüblənməyin. Bu məharət onlara əsli-kökü bilinməyən babalarından qalıb. Qonşularının ərazilərindən qarış-qarış oğurlamaqla özlərinə dövlət quran ermənilər həm də məskunlaşdıqları ərazilərdə başqa xalqlara məxsus milli sərvətlərin dağıdılmasında, mənimsənilməsində də mahirdirlər. Özgə malına göz tikmək bacarığı onların genlərindən qaynaqlanır. Əsrlər boyu həsrətində olduqları, sahib çıxmaq istədikləri Naxçıvanda yaşayan ermənilərin belə xəyanətləri çox olub. Bir misal gətirməklə erməni mahiyyətini, daşnak məkrinin acılmaz düyünlərini, sirlərini aydın başa düşmək olar.

…Naxçıvan şəhərində «Qoçüstü» deyilən bir ərazi var idi. Orada «məskunlaşan», üzərində yazıları olan, daşdan yonulmuş qoç heykəlləri bəlkə də əsrlərə şahidlik etmişdi. Orta və yaşlı nəslin nümayəndələri o ərazinin toylu-düyünlü günlərini yaxşı xatırlayarlar. Hər axır çərşənbədə, Novruz bayramında yeniyetmələr, qız gəlinlər el adətlərinə uyğun, Keçəllə, Kosa ilə birgə hələ Günəş doğmamış «Qoçüstü»nə gedər, orada şənlənər, bayram xoncalarındakı nemətləri paylaşar, gənclər arasında at yarışları təşkil olunardı. «Daş qoçlar»ın üstündən tullanar, bir sözlə, əylənərdilər. Bir gün xəbər yayıldı ki, bəzi qoçların başı sındırılıb. Hamı təəccübləndi. Sonradan bəlli oldu ki, ermənilər həyatı başa düşməyən yeniyetmələri aldadaraq bildiriblər ki, həmin «qoç»ların başında qızıl var. Erməni məkrindən xəbərsiz cavanlar bu yalanlara inanaraq bir neçə «qoç»un başını qoparmışdılar. Ermənilər bu xəyanətləri ilə o ərazilərin azərbaycanlılara məxsusluğunu, tarixi silmək istəyirmişlər.

Başqa bir misal. Sovetlər dövründə Naxçıvan Şəhər Partiya Komitəsinin İliç Ələkbərov adlı birinci katibi vardı. Hamı onu milliyyətcə azərbaycanlı hesab edirdi. Sonradan bəlli oldu ki, həmin İliç erməni imiş. Elə erməni niyyətini də göstərdi. Şəhər sakinləri bir zaman hiss etdilər ki, Naxçıvanın mənəvi pasportu, əsrləri yola salan, dünyanın tanınımş memarlıq incilərinin müəllifi Əcəmi Naxçıvaninin yadigarı Mömünə xatun türbəsinin bir tərəfi əyilir. Araşdırmalardan bəlli oldu ki, şəhərdə aparılan abadlıq işlərinə rəhbərlik edən birinci katib İliç bilərəkdən yaxınlıqdakı bulağın suyunu türbənin bünövrəsinə (himinə) yönəldib. Məqsəd isə Mömünə xatun türbəsini uçurmaq olub. Erməni mifindən qaynaqlanan belə misallar çoxdur. Prezident İlham Əliyev , birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Xocavənd rayonuna səfərləri çərçivəsində Azıx mağarasını ziyarət edərkən müşahidə olunan erməni vəhşiliyini, barbarlığını, saxtakarlığını nümünə göstərmək olar. Ona görə də «BBC News»un Azərbaycanın işğaldan azad olunan Cəbrayıl şəhərində «qədim erməni kilsəsinin yoxa çıxması» barədə yaydığı xəbərin erməni saxtakarlığından qaynaqlandığının isbata ehtiyacı yoxdur. Ancaq erməni yalanlarına işıq salmağa çalışan, son illərdə inşa olunan, görünüşü ilə «körpəliyini» təsdiqləyən kilsəyə «qədimlik» imici yapışdıran və məsələ ilə bağlı narahatlığını ifadə edən erməni ruporu, bir kilsə üçün yas tutan «BBC News»ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təsdiqlənmiş siyahını xatırladaq. 30 il işğal altında qalan torpaqlarımızda əvvəllər təqribən 403 dini abidə mövcud olub. Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8 olmaqla 67 məscidin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. 144 məbəd, 192 ziyarətgah viran qoyulub. Təkcə azərbaycanlılara deyil, bütün xalqlara qarşı mənəvi terrorları ilə tanınan ermənilər viran qoyduqları Qafqaz Alban Kilsəsini, udinlərə məxsus məbədi özününküləşdirərək, həmin dini abidələrlə ermənisayaq «mif işarələri, görüntüləri» əlavə edərək, başqa xalqların da irsinə sahib çıxmağa adət etmişlər.

Xarici ölkə KİV-lərinə müsahibələrində ermənilərin və Qərbin islamofob təxribatlarını diqqətə çatdıran Prezident İlham Əliyev İslami dəyərlərə qarşı mənəvi terrorlar törədən ermənilərlə yaxınlıq edən bəzi müsəlman ölkələrinə mesajlarını da çatdırdı: «Minarənin dağıdılması düşmənin islamofob xislətini göstərir. Ermənistan daim çalışır ki, müsəlman ölkələri ilə münasibətlər qursun, bəzi ölkələrlə münasibətləri inkişaf etdirsin, özünü sanki müsəlman xalqlarına müsbət münasibət bəsləyən bir ölkə kimi qələmə versin. Hamısı yalandır. Əgər buna kimsə bu günə qədər inanıbsa, gəlsin, görsün ki, Ermənistan rəhbərliyi nə günə salıb müsəlman məscidlərini. Hər bir müsəlman üçün müqəddəs olan məbədlərimizi nə günə salıb. Dağıdıb, təhqir edib, donuz saxlayıb, inək saxlayıb, məscidlərimizin üzərində təhqiramiz ifadələr yazdırıb. Belə bir ölkə müsəlman ölkələri ilə dost ola bilərmi? Əlbəttə ki, yox. Mən bunu dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan edirdim, müsəlman ölkələrinin liderlərinə müraciət edərək həm ikitərəfli formatda, həm çoxtərəfli görüşlər əsnasında, beynəlxalq tədbirlərdə deyirdim ki, Ermənistan müsəlman ölkələri üçün dost ola bilməz, məscidləri bu günə qoyan ölkə müsəlman ölkələri ilə dost ola bilməz. Bu, riyakarlıqdır və Ermənistanı dost ölkə kimi qəbul etmək də riyakarlıqdır, Allahsızlıqdır. Bunu dağıdanla müsəlman ölkələrinin liderləri necə dost ola bilərlər? Cavab versinlər buna. Mənə yox, öz xalqlarına cavab versinlər.»

«Obyektivlikdə» «BBC News»dən geridə qalmayan «Human Rights Watch»un guya Azərbaycanda erməni əsirləri ilə qeyri-insani rəftarla bağlı böhtanları da elə erməniləşmiş təfəkkürün «bəhrəsidir». Ötən əsrdə erməni- bolşevik birləşmələrinin azərbaycanlılara qarşı törətdikəri soyqırımları, Mart hadisələrini demirik. Təkcə Xocalı soyqırımını xatırlatmaqla «human»çıların kimlərə və hansı insani dəyərələrə qiymət verdiklərini aydın təsəvvür etmək olar. 30 ildə erməni qaniçənlərinin azərbaycanlılara qarşı törətdikləri qəddarlığı, vəhşilikləri, Xocalı soyqırımında bir gecədə qətlə yetirilən 613 nəfərin fəciəsini kimin günahına yazaq. Birinci Qarabağ müharibəsində 3890 azərbaycanlı itkin düşüb. Onların 3171-i hərbçi, 719-u mülki şəxs, (71 uşaq, 267 qadın, 326 ahıl) olub. Ermənistanda əsir həyatı yaşayan və ağlagəlməz işgəngələrə məruz qalan soydaşlarımızın çoxundan bu günədək xəbər yoxdur. 44 gün davam edən İkinci Qarabağ döyüşləri zamanı Gəncədə, Qəbələdə, Tərtərdə, Naftalanda, Biləsuvarda, Bərdədə, ermənilərin atdıqları ballistik raketlər, törətdikləri terrorlar zamanı həlak olan mülki əhalinin teleyi ilə maraqlanmayan qərəzli dairələrin terrorçuları hərbi əsir adlandırmaları ənənəvi olaraq ölkəmizə qarşı davam etdirilən ikili standartların daha bir nümunəsidir. Qurum ən azından xarici ölkə jurnalistlərinin ermənilərin viran qoyduqları Ağdam şəhəri ilə bağlı dedikləri «İkinci Xirosima», «Ruhlar şəhəri» ifadəsindən nəticə çıxarmalı idi. «Qafqazın Xirosiması» sözləri daşı-daş üstünda qalmayan Füzuliyə, Zəngilana, Cəbrayıla, Qubadlıya, Laçına, Kəlbəcərə, Şuşaya da aiddir. İnsanlara qarşı törətdikləri cinayətləri ilə faşist xislətlərini nümayiş etdirən, Azərbaycanın mədəni irsinin izlərini məhv edən erməni quldurları evləri dağıdaraq aparılması mümkün olan nə varsa hamısını daşıyıblar.

10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatdan sonra erməni əsirlərini qaytaran Azərbaycan humanizm ənənələrinə sadiqliyini göstərdi. Belə ki, «Human Rights Watch»un ölkəmizdə erməni hərbi əsirlərin olması ilə bağlı iddialarının heç bir əsası yoxdur.
Azərbaycan ərazisi olan Xocavənd rayonuna göndərilən ermənilərdən ibarət terrorçu və təxribatçı qrupları hərbi əsir adlandıran «humançı»lara bir daha Prezident İlham Əliyevin bu sözlərini xatırladırıq: «… Onlar mülki əhaliyə qarşı soyqırımı törətmişlər, Xocalı soyqırımı, digər hərbi cinayətlər. Biz isə bizim azad edilmiş ərazilərdə diversiya ilə məşğul olanları əsir götürdük. Məhv etmədik. Dedik ki, əsir götürün, daha müharibə başa çatıb, daha qan tökmək lazım deyil. Bu, yenə də bizim humanist mahiyyətimizi göstərir.»

Daha çox xəbərlər