Koronavirusa yoluxmuş idmançı “CBC Sport”da verilişdə olub- FOTO/VİDEO
Koronavirusa yoluxduğu üçün bu gün Portuqaliyanın paytaxtı Lissabonda start götürəcək Avropa çempionatına aparılmayan cüdoçu Məmmədəli Mehdiyev dünən “CBC Sport” telekanalında verilişdə olub.
ARANTV.AZ-ın xəbərinə görə, idmançı bu barədə “Instagram” hesabında paylaşım edib. Veriliş onun yaşadığı Əmircan qəsəbəsindəki evində çəkilib.
Qeyd edək ki, Rüstəm Orucov və Davud Məmmədsoy da koronavirus testləri müsbət çıxdığından Avropa çempionatına aparılmayıb.

