Sosial 

İdman zalları nə zaman AÇILACAQ?- AÇIQLAMA

Ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar uzun müddətdir fəaliyyətini dayandıran sahələrdən biri də idman zallarıdır. Vaxtaşırı yumşalmalarla müxtəlif sahələrdəki məhdudiyyətlərin bir qismi aradan qaldırılsa da, idman zalları hələ də bağlı qalır.

Bəs yaxın zamanda idman zallarının da açılma ehtimalı varmı?

Mövzu ilə əlaqədar tibb elmləri doktoru, professor Adil Qeybulla BiG.AZ-a açıqlama verib:

“Yoluxma dinamikasında artım davam edərsə epidomoloji vəziyyət pisləşdiyi halda hətta iaşə müəssələri də bir müddətlik bağlanmalıdır. Çünki insanlar restoranda maskasız saatlarla otururlar. Bu isə infeksiyanın artmasına gətirib çıxarır.

Epidomoloji vəziyyət stabilləşənə qədər idman zallarında da hələlik bu məhdudiyyətləri bir müddət gözləmək lazımdır. Yəqin ki, ondan sonra qərarlar dəyişə bilər.”

Daha çox xəbərlər