Cəmiyyət 

Hava şəraiti ilə bağlı yol polisi sürücülərə müraciət edib

Hava şəraiti ilə əlaqədar şəxsi avtomobillərdən imtina edilməldir. Yalnız ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməlidir.

ARANTV.AZ-ın xəbərinə görə, bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, hava şəraitindən asılı olaraq sürücülər avtomobillərini etibarlı yerlərdə park etməlidir:

“Hava şəraitindən asılı olaraq, yollarda sürüşmə ehtimalı arta bilər. Mümkün qədər yol hərəkəti qaydalarına əməl etmək, nizam-intizamlı olmaq lazımdır”.

V.Əsədov piyadalara da müraciət edərək qeyd edib ki, onlar xüsusi olaraq piyadalar üçün ayrılan zolaqla hərəkət etməlidirlər:

“Piyadalar bütün təhlükəsizlik qaydalara riayət etməlidirlər”.

DYP sözçüsü onu da bildirib ki, yol polisi gücləndirilmiş iş rejimində çalışacaq:

“Enişli, yoxuşlu, sərt döngələr tərəfimizdən nəzarətə götürüləcək. Yol birləşmələrində hərəkəti nizamlamaq üçün əməkdaşlarımız nizamlayıcı qismində olacaq. Ona görə sürücülər nizamlayıcının hərəkətlərinə diqqət yetirməlidirlər”.oxu.az

Daha çox xəbərlər