Gündəm 

AŞPA-da Azərbaycana münasibətdə qərəzli fəaliyyət göstərməyə çalışırlar

“Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycana münasibətdə qərəzli fəaliyyət göstərməyə çalışırlar”.

ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün 2018-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

S.Lavrov deyib: “Biz (Azərbaycan və Rusiya) MDB, BMT, eləcə də ATƏT və Avropa Şurası strukturlarında yaxşı əməkdaşlıq etmişik. AŞ PA-da Azərbaycana münasibətdə də yetərincə qərəzli fəaliyyət göstərməyə və Azərbaycan parlamentarilərinin hüquqlarını sıxışdırmağa çalışırlar”.

Daha çox xəbərlər