Cəmiyyət 

Tibb müəssisələri gücləndirilmiş iş rejiminə keçəcəklər – Hava şəraiti ilə əlaqədar

Hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı tibb müəssisələri gücləndirilmiş iş rejiminə keçəcəklər.

ARANTV.AZ xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Səhiyyə Naziri Respublika əhəmiyyətli iri tibb müəssisələrinin rəhbərləri ilə şəxsən görüşərək onlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlığını nəzərə alıb, gücləndirilmiş iş rejiminə keçmələri barədə tapşırıqlar verib.

Digər tibb müəssisələrinin rəhbərlərinə telefonoqrammalar göndərilib.

Tibb müəssisələri tam hazır vəziyyətə gətirilib.

Daha çox xəbərlər