Dünya 

Vaşinqton Moskva ilə müqaviləni pozacağı vaxtı açıqladı

ABŞ Rusiya ilə bağladığı orta və yaxınmənzilli raketlərin ləğvinə dair müqavilədən fevralın 2-də çıxacaq. 

ARANTV.AZ  oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı ABŞ dövlət katibinin silah təhlükəsizliyi və beynəlxalq təhlükəsizliyə dair məsələlərə nəzarət üzrə müavini Andrea Tompson məlumat verib.

Onun sözlərinə görə, fevralın 2-də razılaşmadan tamamilə imtina etməyəcək, yalnız ABŞ bu müqavilənin icrasını dayandıracaq.

Tompson bildirib ki, Vaşinqton Rusiyanın müqavilənin icrasına başlamasından sonra razılaşmaya qayıdacaq.

Daha çox xəbərlər