Dünya 

Gürcüstanda son sutkada koronavirusa 1 271 yoluxma qeydə alınıb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1 271 yoluxma halı qeydə alınıb, 11 nəfər ölüb.

ARANTV.AZ APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 301 535, xəstəlikdən ölənlərin sayı isə 3 992 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 284 286 nəfərin sağaldığı bildirilir.

Daha çox xəbərlər