Astarada ikimərtəbəli ev yandı
Astara rayonunda ev yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, rayonun Şəmətük kəndində ümumi sahəsi 180 kvadratmetr olan ikimərtəbəli səkkiz otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

