Rusiyada azərbaycanlı sərhəd pozucusu yaxalandı
Rusiyanın Bryansk vilayətində sərhədi qanunsuz keçməyə çalışan Azərbaycan və Ukrayna vətəndaşı ələ keçib.
ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, onlar yanvarın 13-də Suzemsk rayonu ərazisindəki meşəlikdən avtomobil vasitəsilə sərhədi pozmağa çalışıb.
Sərhədçiləri görən zaman onlar avtomobili ataraq, qaçmağa çalışsalar da, buna nail olmayıblar.
Azərbaycanlı dindirilmə zamanı bildirib ki, Rusiya ərazində qanunu pozduğu üçün 2020-ci ilədək bu ölkə ərazisinə girişinə qadağa qoyulub və bu səbəbdən vətənə qayıdıb. Daha sonra soyadını və posportunu dəyişərək, qanunsuz yolla Rusiya ərazisinə keçməyə çalışıb. Bu işdə ona ukraynalı yardım etməyə razılıq verib.
Faktla bağlı cinayət işi başlanıb. Onları dörd ilədək həbs cəzası gözləyir.

