Gündəm Manset 

Bərdədə Rayon İcra Başçısı körpələr evi-uşaq bağçalarını abadlaşdırır və yenidən qurur-VIDEO

Uşaq bağçaları yeni nəslin yetişdirilməsində prioritet sahələrdən birini təşkil edir. Dövlətin körpələrinin məktəbəqədər təhsilə hazırlanması istiqamətində bağça müəssisələrinin yaradılmasına və saxlanılmasına qayğı ilə yanaşır. Regionlarda da bu məsələ indi diqqət mərkəzində saxlanılır. Hansı ki, rayonlarımızda uşaq bağçalarının mövcud durumunda müəyyən problemlərin olması danılmaz faktdır. Xüsusilə kənd və qəsəbələrdə körpələr evi – uşaq bağçalarının maddi texniki bazası , yerləşdiyi binalar o qədər də ürək açan deyildi. Ancaq buna baxmayaraq uşaq bağçalarının günün tələbləri səviyyəsində qurulması istiqamətində işlərin görülməsinə başlanıb. Bərdə rayonunda da görülən işləri yüksək qiymətləndirmək olar. Onu da qeyd edək ki, Bərdə rayonunda 33 belə körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. Uşaq təlim- tərbiyə müəssisələrinin abadlaşdırılması istiqamətində görülən işlər heç şübhəsiz ki, bərdəlilərin ürəyincədir. Bu gün rayonda zamanın tələbinə uyğun olaraq rayonun uşaq bağçalarında təmir bərpa işləri aparılır. Bərdə Rayonunda Uşaq Bağçalarının idarəolunması üzrə yaradılmış Komissiyaya sədr təyin olunmuş Bərdə şəhər 10 saylı körpələr evi-uşaq bağçasının müdiri Leyla Məmmədova bildirib ki, uşaq bağçalarında günün tələblərinə cavab verən şəraiti yaxşılaşdırmaq üçün təmir işləri aparılır. Bunun üçün şəhər 1 saylı uşaq bağçasının dam örtüyü dəyişdirilir və əsaslı təmir gedir. Leyla xanım Məmmədova Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin XII – XIII əsrlərdə yaşamış dahi mütəfəkkirimizin adına ( hansı ki, həmin dövr xalqımızın tarixində intibah dövrü kimi qalmışdır) “Nizami Gəncəvi ili” elan etdiyi bu ildə Bərdəmizdə görülən işləri , əsasən də uşaq bağçalarının dirçəldilməsini ölkə başçısının sərəncamına töhfə olaraq buna bariz nümunə olduğunu xüsusilə vurğulamışdır. Sonda onu da qeyd edək ki, Bərdənin kəndlərində fəaliyyət göstərən uşaq bağçalarında da müasir tipli bağçaların yenidən qurulmasına başlanılıb. Əlavə olaraq bildirək ki, komissiya sədri Leyla xanım Məmmədovanın deməyinə görə, bütün gözlə görünən təmir – bərpa işləri Bərdə Rayon İcra Hakimiyyəti Başçısının rəhbərliyi ilə həyata keçirilir.

 

Daha çox xəbərlər