20 Yanvar şəhidlərinin xatirəsi yad edildi – Fotolar
Hacı Zeynalabdin qəsəbəsində Sumqayıt şəhər İcra Hakimiyyəti Başcısının Hacı Zeynalabdin qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi, Hacı Zeynalabdin Bələdiyyəsi və qəsəbə Ağsaqqallar Şurasının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar tədbir keçirib. ARANTV.AZ xəbər verir ki, şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad olunması ilə başlayan tədbirdə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin rəhbəri Lalə Hacıyeva çıxış edib. Bildirib ki, bu hadisələr xalqımızın müstəqilliyinin, pozulmuş hüquqlarının bərpa olunması naminə savaşmaq əzmində olduğunu bir daha nümayiş etdirib. Hacı Zeynalabdın Bələdiyyəsinin və qəsəbə Ağsaqqallar Şurasının rəhbərləri bildiriblər ki, Azərbaycan tarixinə qanla yazılan 20 Yanvar faciəsi, eyni zamanda, xalqımızın qəhrəmanlıq salnaməsində özünəməxsus yer tutur. Xalqımız, o cümlədən xaricdə yaşayan azərbaycanlılar hər il 20 Yanvar şəhidlərinin əziz xatirəsini anmağı özlərinin mənəvi borcu hesab edirlər. Tədbirdə idarə, məktəb, uşaq bağçaları, müəsisə rəhbərləri və qəsəbə ictimaiyyəti iştirak ediblər.








