Bakıda marşrut avtobuslarının 50 faizi yenilənib – Agentlik sədri
Bakıda sərnişindaşımada fəaliyyət göstərən marşrut xətlərindəki avtobusların 50 faizi yenilənib.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.
O bildirib ki, hazırda avtobus parklarının yenilənməsi ilə bağlı işlər davam etdirilir. Yenilənən avtobusların 74 faizi daha ekoloji təmiz olan sıxılmış qazla işləyir.

