Dünya 

Gürcüstanda koronavirusa daha 1104 yoluxma qeydə alınıb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1104 yoluxma halı qeydə alınıb, 21 nəfər ölüb.

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 334 705, xəstəlikdən ölənlərin sayı isə 4 540 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 315 254 nəfərin sağaldığı bildirilir.

Daha çox xəbərlər