Sosial 

Magistratura imtahanının nəticələri yaxın günlərdə məlum olacaq

“Magistraturaya qəbul imtahanları üzrə nəticələr yaxın günlərdə məlum olacaq”.

ARANTV.AZ-ın məlumatına görə, bunu mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, bu gün magistratura imtahanına ikinci cəhd üçün imtahanlar keçirilir:

“Regionlardan məlumatlar daxil olandan sonra emal prosesi olacaq. Buna uyğun nəticələrin iki gün ərzində elan edilməsi planlaşdırılır”.

Daha çox xəbərlər