Hadisə 

Bərdəli tələbə qız şamaxıda dəm qazından boğuldu

Şamaxının Şəhriyar qəsəbəsində tələbə qız dəm qazından boğulub.

ARANTV.AZ  xəbər verir ki, Bərdə rayon sakini, 2000-ci il təvəllüdlü Nəsibli Güldəstə Elçin qızı hamamda yuyunarkən dəm qazından zəhərlənib.

Huşunu itirən qız yerə yıxılıb. G.Nəsibli hadisə yerinə gələn təcili  tibbi yardım avtomobili ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəyə ilkin tibbi yardım göstərilib, reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, G.Nəsirli Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı Filialında təhsil alır.

Daha çox xəbərlər