Azərbaycanın müstəqilliyi dönməz və əbədidir!
Varislik və Yeniliyin vəhdəti .
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü il dönümü törpaqlarımızın mənfur düşmən tapdağından azad olunmasında əldə olunmüş möhtəşəm Qələbəmizə imza atıldığı zamanda qeyd edilir. Qələbəmiz sərvətimiz, xalqımızın, dövlətimizin varlığıdır. Dünya heyranlığla Azərbaycan xalqının öz müstəqilliyinin qorunması üçün apardığı mücalidənin uğurunu təmin edən Güclü Lider, Güclü Ordu, Güclü Xalqın birliyinin Vətənin azad və müstəqilliyinin təmin etməsininin şahidi oldu. Vətənə, Xalqa, Dövlətə, Dövlətçiliyə hörmət və məhəbbətlə xidmət etmək Azərbaycan Respublikasının sərhədlərinin bərpası, torpaqların mənfur düşmən tapdağından təmizlənməsi, yeni tarixin yazılması, güclü liderin, Xalqın, Ordunun birliyinin təntənəsi Varislik və Yeniliyin vəhdətidir!
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını Ulu öndər Heydər Əliyev xalqımız üçün tarixi hadisə adlandırmışdı. AXC-nin Azərbaycan tarixində oynadığı böyük rola ən yüksək qiyməti uzun illər sonra müasir müstəqil Azərbaycan dövlətinin banisi və memarı, ümummilli lider Heydər Əliyev vermişdir: “Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrinin bərpası işində böyük rol oynamışdır. Ən əsası da odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini gücləndirmiş oldu”.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması əlamətdar hadisə olmaqla xalqımızın dövlətçilik salnaməsi parlaq səhifələrindən birini təşkil edir. Cümhuriyyətin yaradılması və milli dövlət quruculuğunun bərqərar edilməsi xalqımızın suverenliyinin təmin olunmasında, tarixi yaddaşının formalaşmasında müstəsna əhəmiyyət kəsb etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoymuşdu. 28 may bizim ücün nə deməkdir? Bugünkü müstəqil Azərbaycan 1918-ci ilin müstəqil Azərbaycanın davamı və varisidir, bu gün fəxr etdiyimiz azad Azərbaycan öz tarixi başlanğıcını, 1918-ci ilin milli azadliq hərəkatinin nəticəsi olan Azərbaycan Xalq Cümhuriyyətindən almışdır. Tarix XX əsrin əvvəllərində Azərbaycan xalqı üçün misilsiz bir hədiyyə bəxş etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək olan müddətdə – cəmi 23 ay mövcud olmuşdur. Lakin bu qısa müddətdə çox işlər həyata keçirilmişdir. Hər şeydən əvvəl, öz milli dövlətçiliyinə qovuşmuş xalqımız istiqlalın nə demək olduğunu bir daha gördü, onun şirinliyini daddı. Azərbaycan Xalq Cümhuriyyəti az bir vaxtda parlamenti, hökuməti, ordusu, gömrük və hüquq mühafizə orqanları olan, dövlət rəmzlərinə malik, vətəndaş hüquqlarını hər şeydən uca tutan demokratik, dünyəvi və unitar dövlətə çevrildi.
Müsəlman Şərqində ilk parlament respublikası xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının formalaşdırılmasına nail olmuşdu. Əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız, nəhayət ki, öz müstəqil dövlətinə sahib olmuşdur. Azərbaycanın bu gün dünya birliyində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlıqlarının qorunmasının, söz və mətbuat azadlığına geniş meydan verilməsinin əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuşdur. Gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlər Azərbaycan xalqının tarixinin parlaq səhifəsidir.
Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri.
Zülfiyyə Vəliyeva
ADPU-nun Elmi işçisi,
Respublikanın Əməkdar müəllimi,
Respublika Təhsil Şurasının üzvü.


