Siyasət 

Ərdoğanın Azərbaycan səfəri – TƏFƏRRÜAT

Qardaş Türkiyənin nüfuzlu “Türkiyə” qəzeti İkinci Qarabağ Müharibəsində Azərbaycanın Qələbəsi, prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinə geniş yer ayırıb:

“Azərbaycanda küçədə kimdən soruşsanız ki, Qarabağın simvolu haradır – hamı bir ağızdan Şuşa cavabını verəcək. Həqiqətən də həm strateji, həm də keçilməsi çox çətin bir yerdir. Şuşanın işğalçı Ermənistan qüvvələri tərəfindən azad edilməsi Qarabağ Zəfərini taclandıran bir hadisədir. Bu səbəbdən də Qarabağın azad edilməsindən sonra Şuşanın yenidən qurulmasına böyük əhəmiyyət verən Azərbaycan rəhbərliyi bu ildən etibarən hər il Xarı Bülbül festivalını yenidən təşkil etməyə başladı. Azərbaycanın hər yerindən olan sənətkarlar və folklor qrupları ölkənin mədəni dəyərlərini Qarabağın mərkəzindən bütün dünyaya çatdırmaq imkanına malik oldular”.

Məqalədə qeyd edilir ki, 15-16 iyun tarixlərində Azərbaycana rəsmi səfərə gələcək olan prezident Rəcəb Tayyib Ərdoğanın da Şuşaya getməsi artıq Azərbaycanda böyük həyəcan yaradıb.

Yazıda sonda bildirilir ki, bu günlərdə Azərbaycan idman sahəsində böyük tədbirlərə ev sahibliyi edərək qlobal səviyyədə çox təsirli bir təbliğat kampaniyasını davam etdirir: “Bakı küçələri Formula 1 yarışının səhnəsi olacaq. İki həftə sonra Bakıda Avropa Futbol Çempionatının oyunları keçiriləcək. Bu uğurlu təşkilatlar Azərbaycanın Ermənistana və erməni diasporuna verdiyi mənalı cavablar kimi qiymətləndirilə bilər”.

Daha çox xəbərlər