Siyasət 

Avropa Şurası Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq hüquq və dövlətlərin ərazi bütövlüyü prizmasından yanaşmalıdır

ARANTV.AZ xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının 3-cü günündə “Kütləvi İnformasiya Vasitələri dezinformasiya və təbliğat kontekstində” adlı qətnamə layihəsi müzakirə edilib. İclasda çıxş edən Finlandiya prezidenti Sauli Niinistö bildirib ki, Avropa Şurası Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq hüquq və dövlətlərin ərazi bütövlüyü prizmasından yanaşmalı və münaqişənin həllinə çalışmalıdır.

Avropanın bir çox Kütləvi İnformasiya Vasitələri konkret maraqlı qrupların təsiri altında tərəfli, qeyri-obyektiv məlumatlar yaymaqla məşuldur. Təhrif olunmuş məlumatlar, siyasi instutların işinə və ayrı-ayrı ölkələrin imicinə ciddi ziyan vurur. Yanlış xəbərlərin qloballaşması və onların kommersiya məqsədilə istifadəsi olduqca təhlükəli tendensiyadır. Avropa Şurası Parlament Assambleyasındakı müzakirələr zamanı Azərbaycanın da bəzən qərəzli informasiya hücumuna məruz qaldığı diqqətə çatdırıldı. 30 ilə yaxındır ki, Azərbaycan və onun 1 milyon əhalisi işğal faktından əziyyət çəkir. Dünya İctimaiyyəti erməni terrorundan xəbərdardır. Amma məhz işğalçı tərəfin qərəzli təbliğat fəaliyyətinin nəticəsdir ki, bəzi siyasətçilər münaqişə ilə bağlı yanlış təsəvvürlərə malikdir. Onlar hələ də işğalçı ilə işğaldan zərər çəkən tərəfi ayırd etməkdə çətinlik çəkirlər. Peşəkarlıq kodeksini Erməni Lobbisinin maliyyə dəstəyinə qurban vermiş bəzi media orqanları bu yolla həm konkret dövlətlərin imicini ləkələyir, həm də Avropa Şurası kimi vacib təşkilatların obyektiv mövqe sərgiləməsinə mane olur. Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Assambleya üzvlərinin diqqətinə çatdırdı ki, ölkəmiz informasiya şəffaflığı və dezinformasiyalara qarşı mübarizə məsələlərinə xüsusi önəm verir.

Sonra Finlandiyanın prezidenti Sauli Niinistö Assambleya üzvləri qarşısında çıxış etdi. Finlandiyanın dövlət başçısı bü gün Avropanın üzləşdiyi çağırışlardan danışdı. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsilə bağlı danışıqlar prosesinə də toxunan Niilisto, bu istiqamətdə ATƏT-in Minsk qrupunun fəaliyyətini yaxından izlədiyini dedi.

Azərbaycan nümayəndə heyətinin üzvləri qış sessiyasının növbəti iclaslarında da Ermənistanın işğalçılıq siyasətini yenidən gündəmə gətirəcək.

Daha çox xəbərlər