Siyasət 

Türkiyə Prezidenti: “Ermənistanın ona təklif olunan xoş niyyətləri düzgün dəyərləndirəcəyinə ümid edirik”

“Atəşkəs razılaşmasından sonra bölgədə bütün tərəflər üçün yeni əməkdaşlıq imkanları meydana gəlib”.

ARANTV.AZ-ın məlumatına görə, bunu Şuşada səfərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, Türkiyə coğrafi qonşuluq əlaqələrini daha dərin əməkdaşlığa yönəltmək niyyətindədir.

“Biz Ermənistandan ona uzadılan xoş niyyətləri və ortaq gələcəyi birlikdə qurmaq fürsətini düzgün dəyərləndirməyi ümid edirik”, – deyə R.T.Ərdoğan bildirib.

Daha çox xəbərlər