Siyasət 

Bakı və Ankara regionda yeni geosiyasi gerçəkliyin təməlini qoydular

Şuşa bəyannaməsi psixoloji təsirləri ilə bərabər Azərbaycanda yeni bir siyasi dönəmin əsasını müəyyənləşdirdi

 

Bu günlərdə dövlətçilik tariximizdə bir ilk olaraq Azərbaycanın dövlət başçısı xarici dövlət başçısını, minlərlə şəhidlərimizin qanı bahasına öz azadlığına qovuşmuş Qarabağ torpağında qarşıladı. Bütövlükdə millətimiz və xalqımız üçün daha çox mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması, psixoloji təsirləri ilə bərabər Azərbaycanda yeni bir siyasi dönəmin əsasını müəyyənləşdirdi.

Siyasi analitiklər Şuşa Bəyannaməsinin imzalanmasının, məhz Azərbaycan xalqının Qurtuluş gününə və Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edirlər. Təsadüfi deyil ki, Bəyannamə imzalanarkən Azərbaycan Prezidenti İlham Əliyev mərasim iştirakçılarına Qars müqaviləsini xatırlatdı. Prezident Qars müqaviləsinin düz yüz il əvvəl imzalandığını və bunun da böyük rəmzi məna daşıdığını xüsusi vurğuladı: “Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”. Əslində İlham Əliyev bu tarixi gerçəkliyi xatırlamaqla dünyaya və beynəlxalq güclərə Azərbaycan xalqının öz keçmişini unutmadğını və böyük gələcək uğrunda yeni bir mübarizə tariximizin başladığını bəyan etmiş oldu. Biraz da dəqiq ifadə etsək Türkiyə və Azərbaycan liderlərinin imzaladıqları Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Bu da o deməkdir ki, Bakı və Ankara regionda yeni geosiyasi gerçəkliyin təməlini qoydular.

Bütövlükdə Şuşa Bəyannaməsinin bəndlərinin təhlili müstəvisində müttəfiqlik barədə bəndin Azərbaycan üçün necə bir hərbi-strateji əhəmiyyət daşıdığı göz önündədir.

 

Hərbi müttəfiqlik

 

Məlumdur ki, Azərbaycanın apardığı 44 günlük zəfər müharibəsində qardaş Türkiyə dövləti hər daim haqq davamızı dəstəkləməklə Qlobal güclərə Azərbaycanın yanında olduğunu göstərdi. Və Şuşa Bəyannaməsi bu birliyin daha sıx və daha əbədi əhəmiyyət daşımasına bir daha zəmin yaratdı. Bəyannamədə deyilir: “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”.

Bu da o deməkdir ki, gələcəkdə Azərbaycanın dövlət suverenliyini təhdid etmək xülyası ilə yaşayanlar yeni regional hərbi-siyasi blokla üzləşəcəklər.

Azərbaycan və Türkiyənin Təhlükəsizlik Şuraları müntəzəm olaraq birgə iclaslar keçirəcək və gözlənilən hər hansı bir təhdidlərə qarşı birgə fəaliyyət göstərəcəklər.

 

Zəngəzur dəhlizi

Şeyda Əzizova

“Aran Media” qəzetinin baş redaktoru

Daha çox xəbərlər